Qar üstündə çal-çağır Dona-dona rəqs edib, əyləndilər

Baxış sayı: 398

Soyuqdan dona-dona isti yuva qurdular. Türkiyənin Qars şəhərində maraqlı toy mərasimi baş tutub.

ATV.az xəbər verr ki, Cesim və Sürəyya Yıldız cütlüyü ailə həyatı qurmaq qərarına gəlirlər. Toyu da hansısa salonda deyil, öz həyətlərində təşkil etməyi planlaşdırırlar. Lakin bir anda şaxtaların düşməsi və qar yağması cütlüyü çətin vəziyyətə salır. Belə bir vəziyyətdə gənclər toyu təxirə salmağı planlaşdırsalar da yaxınları, qohumları buna etiraz edirlər. Və qara, şaxtaya baxmayaraq toyu keçirməyə müvəffəq olurlar.

Üşüməmək üçün tez-tez yallı gedən cütlük və qonaqlar qar üstündə toy etməyin ayrı bir marağının olduğunu bildiriblər.

ATV.az