Bu rəqslə məşğul olsanız ömrünüz uzanar Ispaniya alimlərindən xəbərdarlıq

Baxış sayı: 251

İspaniya alimləri həyat keyfiyyətinin yaxşılaşdırılması üçün uzun müddət üzərində çalışdıqları ekprementi cəmiyyətə açıqlayıblar.

ATV.az xəbər verir ki, Qranada universitetindən olan bir qrup mütəxəssis fiziki səviyyəsi aşağı olan 60 könüllü üzərində təcrübə aparıb. Könüllülərə hər 35 gün, həftədə 3 dəfə olmaqla Zumba rəqsləri tədris olunub. Nəticələr isə gözlənilənlərdən yaxşı alınıb. Belə ki, rəqs və idmanın qarışığı olan Zumba ilə 1 ssatlıq məşqlərdən sonra eksperiment iştirakçıları psixi və fiziki durumlarının xeyli yaxşılaşdığını bildiriblər. Alimlər ömrün uzanmasına kömək edən rəqslərin məşqləri buraxdıqdan sonra da 2 ay müddətində orqanizmi formada saxladığını iddia edir.     

ATV.az