Antibiotiklər barəsində bilmədiklərimiz

Baxış sayı: 1459

Uşaqların antibiotiklər başda olmaqla  dərman istifadəsinə ciddi yanaşmaq lazımdı. Xüsusilə həkimlə məsləhətləşilmədən verilən dərmanların, faydasından daha çox zərəri ola bilər. Asqırma, öskürmə və burun axıntısı əlamətləriylə özünü göstərən üst tənəffüs yolu infeksiyalarında, ishal kimi xəstəliklərdə antibiotik istifadəsi məsləhət görülmür. Həkim deyir ki, infeksiyalarda lazımsız yerə istifadə olunan antibiotiklərin müalicə prosesinə müsbət bir təsiri olmadığı kimi əks təsirləri də var. Məsələn, qaraciyər, böyrək və ürək xəstəliklərinin yaranmasına birbaşa təsir edə bilir.

Antibiotik alanda valideynlər mütləq həkimin təklifinə uyğun hərəkət etməlidirlər. Antibiotik verilən uşağın ailəsinə dərmanın dozası, verilmə vaxtı, ac və ya tox qarnına olaraq istifadə edilməsi və görülə biləcək yan təsirlər baxımından məlumat vermə işi də həkimin ən əhəmiyyətli vəzifəsidir. Qeyd edək ki, antibiotik istifadəsinin müddəti və dozası dərmanın  növünə bağlı olaraq dəyişir.

Həkim həmçinin qeyd edir ki, antibiotik qəbul edən uşaqların bir hissəsində ishal ortaya çıxır. Bununla yanaşı antibiotiklər bağırsaq florasına da mənfi təsir edir, iştah azalması və bədəndə maye itkisinə da yol aça bilir. Uşaqlar bu səbəblə daha yorğun və halsız hala gəlirlər.

Qeyd edək ki, 3 aydan böyük körpələrə 37,5 -38 dərəcə arası qızdırma olduğu halda dərhal antibiotik verilməməlidir. Bu vəziyyətdəki 3 aydan böyük körpələrin ümumi vəziyyətində və qidalanmasında bir çətinlik yoxsa, narahat olmamaq, qızdırmanı salaraq gözləmək lazımdır. Antibiotiklər isə uşaqlarda tez-tez orta qulaq infeksiyası, badamcıq iltihabı, sətəlcəm və sidik yolu infeksiyası kimi vəziyyətlərdə istifadə edilməlidir.

ATV.az