Hamiləlikdə diş çəkdirmək olarmı?

Baxış sayı: 629

Hamilə qadınların əksəriyyəti fikirləşir ki, bu dövrdə dişləri müalicə etmək "ziyanlıdır". Yəni 9 ay davam edən hamiləlik boyunca qadınlar dişləri ilə bağlı narahatlıq hiss etsələr də onlar stomotoloqa müraciəttdən qorxurlar. Nəticə isə gələcək analar üçün o qədər də xoşagələn olmur. Çünki hamiləlik qadın orqanizminin ən həsas dövürlərindən biridir, bu dövürdə yaranan hər nasazlığa vaxtında müdaxilə olunmalıdır.

Stomotoloq bildirir ki, hamilə qadınlarda dişlərin müalicəsinin 2-ci  üçaylıqda həyata keçirilməsi məsləhətdir. Hamiləliyin 1-ci üçaylığında müalicə yalnız ekstremal vəziyyətlərdə - güclü diş ağrısı, güclü iltihab kimi  səraitdə aparıla bilər ki, bu halda da xüsusi tərkibə malik olan anistiziyadan istifadə olunmalıdır.

Xalq arasında artıq belə bir fikir formalaşıb ki, uşaq ona lazım olan kalsini anadan aldığı üçün hamilə qadında kalsi çatışmazlığı formalaşır. Bu isə dişlərin çürüməsi ilə nəticələnir. Müsahibimiz bildirir ki, əslində bu hər kəsin doğru bildiyi yalnışdır. Hamiləlik zamanı gigiyenik qaydalara riayyət olunarsa bu zaman dişlərin çürüməsinin qarşısını almaq olar.

Son olaraq onu da deyək ki, hamiləlik zamanı dişlərin implantasiyası və ağardılması məsləhət görülmür.

ATV/az