Leykoz xəstəsi olan uşağın duyğulandiran sözləri “xoşbəxt olarsaq, xəstəliyə qalib gələrik”

Baxış sayı: 505

Bu balacanın adı Mustafa Eren Candır. Türkiyənin Antalya şəhərində yaşayır.  8 yaşlı bu balaca leykoz xəstəliyindən əziyyət çəkir.  Bu günlərdə o, paylaşdığı bir video ilə bütün diqqətləri öz, eyni zamanda bu xəstəlikdən əziyyət çəkən bütün uşaqların üzərinə çəkməyi bacarıb.

Anasının xəbəri olmadan onun mobil telefonunu əlinə alan Mustafa Eren Can kamera qarşısına keçərək ürək sözlərini deyib. İlk olaraq o, hər kəsdən leykoz xəstəsi uşaqlara yardım vəqfinə bacardığı qədər kömək etməsini istəyib.

Daha sonra balaca  özü kimi bu xəstəlikdən əziyyət çəkən uşaqlara müraciət edərək “ümidinizi itirməyin. Xoşbəxt olmağa çalışın. Xoşbəxt olmasaq biz bu xəstəliyə qalib gələ bilmərik”- deyib.

Balacanın görüntüləri qısa müddətdə böyük səs-küyə səbəb olub. İzləyənləri həm duyğulandıran, həm düşündürən videodan sonra minlərlə insan leykoz xəstəsi uşaqlara yardım vəqfinə öz köməyini göstərib.

ATV.az