AFFA-nın mərhum prezidentinin ailəsində növbəti faciə əvəl oğlu həlak oldu, indi isə...

Baxış sayı: 3600

Yaşayış evlərindən birində baş verən yanğın iki nəfərin həyatına son qoyub.

ATV.az-ın yerli bürosu xəbər verir ki, hadisə Tovuz şəhərində baş verib. Mərdan Musayev və Kəhriz küçələrinin kəsişməsində yerləşən evdə başlanan yanğını söndürmək üçün Tovuz Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Alov söndürülüb. Baxış zamanı mənzildə ev sahibi, 1945-ci il təvəllüdlü Məmmədov Fərman Qoca oğlu və onun həyat yoldaşı, 1950-ci il təvəllüdlü Mirzəyeva Pakizə Şəmşaq qızının meyiti aşkarlanıb. Onların tüstüdən boğularaq öldüyü bildirilir. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, P. Məmmədova AFFA-nın mərhum prezidenti Ramiz Mirzəyevin bacısıdır. R. Mirzəyevin oğlu, Anar Mirzəyev fevralın əvvəlində faciəvi şəkildə dünyasını dəyişib.

Əminə Rəhimova, Anar Sərvaz/ ATV.az