Havalandırma sisteminə atılan şəxs Restoran işləmədiyi üçün sağ qaldı

Baxış sayı: 324

Bu gün səhər saatlarında metronun “Koroğlu” stansiyasının yaxınlığında yerləşən restoranlardan birinin havalandırma qurğusunun içərisinə qəsdən atılan şəxsi xilas etmək mümkün olub. Gecə saatlarından orada qaldığını deyən Asif Mehrəliyev öldürülmək məqsədilə ora atıldığını bildirib.

Onu çıxarmaq uçun Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Bildirilib ki, zərərçəkənin hava borusunda olduğu vaxt restoran fəaliyyət göstərmədiyi üçün o sağ qalıb. Nizami rayon Polis Şöbəsinin 23-cü Polis Bölməsindən ATV.az-a verilən məlumata görə hazırda fakt araşdırılır. Həmin şəxsin ora kim və ya kimlər tərəfindən salınması araşdırmadan sonra məlum olacaq.

Elvin Dəmirli/ ATV.az