Anar Mirzəyəvin ölümünün şok təfərrüatları AFFA-ın keçmiş prezidentinin oğlu niyə həlak oldu? - ÖZƏL

Baxış sayı: 2167

AFFA-ın mərhum prezidenti Ramiz Mirzəyevin yeganə övladı olan Anarın Sabirabad rayonunun Həşimxanlı kəndində  yol-nəqliyyat hadisəsi zamanı həlak olması barədə xəbər vermişdik.

ATV.az-a onun ölümünün təfərruatları məlum oldu.

Əldə etdiyimiz məlumata əsasən Anar Mirzəyev YNH-si zamanı deyil, ov edən zaman bədbəxt hadisə baş verib. O dostları ilə birgə ov edərkən avtomobilin içində olub və lyuku aralayaraq atəş açıb. Bu zaman maşın qəfildən arxaya gedərək kanala aşıb. Dostları avtomobili tərk edə bilsələr də, lyukda ilişən Anar Mirzəyev maşını tərk edə bilməyib və  ağır zədələr alaraq, dünyasını dəyişib.

Mərhum bu gün doğulduğu Tovuz rayonunun Dondar Quşçu kəndində atasının yanında dəfn olunub.

Vüqar VÜQARLI

ATV.az