“BakuBus”da oğurluq

Baxış sayı: 361

“BakuBus” avtobusunda qəza çıxışı üçün nəzərdə tutulmuş şüşələrin sındırılmasında istifadə olunan qəza çəkicləri oğurlanıb.

ATV.az xəbər verir ki, hadisə 8 saylı marşrut xətti üzrə hərəkət edən “BakuBus”a məxsus avtobus da baş verib. Üzlərinin kameraya düşməməsi üçün gediş haqqı digər yoldaşları tərəfindən ödənilən və xüsusi geyimdə olan iki şəxs sürətli şəkildə digər sərnişinlərin arxasından keçərək avtobusa daxil olub. Görüntülərdən də görünür ki, onlardan biri dərhal qəza çəkicinə yönələrək onu qoparmaq üçün yaxın oturacaqda əyləşir. Qəza çəkicinin xüsusi simlə bağlandığını əvvəlcədən bilən soyğunçular götürdükləri kəsici alətlə simi kəsiblər. Qapılar açılan kimi avtobusdan enərək ərazidən uzaqlaşıblar. Hazırda həmin şəxslərin axtarışları davam etdirilir.

Elvin Dəmirli/ ATV.az