Bakıda yaşayış binası yanır Azneft meydanında

Baxış sayı: 1278

Bakıda yaşayış binasında yanğın başlayıb.

ATV.Az-ın məlumatına görə, hadisə Səbail rayonunda, Azneft meydanı yaxınlığında dördmərtəbəli yaşayış binasının dam örtüyündə qeydə alınıb.

Sosial şəbəkə istifadəçilərinin yaydığı məlumata əsasən, binanın sakinləri təxliyyə olunur.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Alovun qarşısının alınması üçün tədbirlər görülür.

ATV.az