Yük maşını körpüdən aşdı Bakıda

Baxış sayı: 1209

ATV.Az Report-a istinadən xəbər verir ki, Bakı Dairəvi yolu ilə Sumqayıt istiqamətində hərəkətdə olan 10-AC-392 dövlət nömrə nişanlı sement daşıyan yük avtomobili döngəyə daxil olərkən sürət həddi yüksək olduğundan idarəetməni itirib. 

Yük maşını dəmir maneələrə çırpılaraq təxminən altı metr hündürlükdən aşağıdakı yola düşüb. Hadisə zamanı sürücü ağır xəsarət alıb. Yaxınlıqdakı vətəndaşlar onu xəstəxanaya aparıb.

Hadisə yerinə DYP əməkdaşları gəliblər.

Qeyd edək ki, hadisə ilə əlaqədar avtovağzaldan Biləcəriyə gedən yolda böyük tıxac yaranıb. 

ATV.az