"Baron Dədəş" saxlanıldı Keşlədə

Baxış sayı: 1131

Narkotik vasitələrin qanunsuz alqı-satqısı ilə məşğul olan əvvəllər də məhkum olunmuş, "Baron Dədəş" ləqəbli Elşad Bağırov şübhəli şəxs qismində saxlanılıb. Onun paytaxtın Nizami rayonu Keşlə qəsəbəsində yaşadığı evdən satış üçün nəzərdə tutulan və hazır qablaşdırılmış formada olan külli miqdarda tiryək, heroin, marixuana, o cümlədən 150 ədəd güclü psixotrop təsirə malik metamfetamin, preqabalin, metadon həbləri və 3 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.

Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb, əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Elvin Dəmirli // ATV.az