QULDURLUQ EDƏN ŞƏXSLƏR ƏLƏ KEÇDİ - ÖZƏL

Baxış sayı: 363

Paytaxt sakini Roman Həsənova qarşı quldurluq törədən şəxslər tutulub. Belə ki, yanvarın 8-də Qara Qarayev prospekti 20 ünvanında 2 nəfər onun qarşısını kəsib. Ona küt alətlə xəsarət yetirərək pul və mobil telefonunu alaraq qaçıblar. Nizami Rayon Polis İdarəsi 25-ci Polis Bölməsinin əməkdaşları hadisəni törədən Mirzalı Nuriyev və Elçin Əsədlini saxlayıblar. Onlar ifadələri zamanı törətdikləri cinayəti etiraf ediblər.  Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır. Polis onların başqa cinayətlərdə iştirak etdiklərini də istisna etmirlər.

Elvın Dəmirli  // Atv.az