Qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilən 1 tondan çox nərə balığı aşkar olunub "KамАz"-da

Baxış sayı: 228

Bakı Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda nərə cinsli balığın qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.  Belə ki, İdarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə Qazaxıstanın Aktau limanından “Merkuri-1” gəmisi ilə boş vəziyyətdə qayıdan İmran Məmmədovun idarə “Kamaz” markalı yük maşınında qaçaqmalçılıq yolu ilə nərə cinsli balıq yükünün gətirilməsi barədə məlumat daxil olub.Məlumat əsasında, həmin nəqliyyat vasitəsinə Beynəlxalq Dəniz Ticarət Limanında gömrük baxışı keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerində aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə gizlədilən, içərisində dəniz suyu olan sellofana bükülmüş vəziyyətdə - ümumi çəkisi 1 ton 408 kq olan (496 ədəd) nərə cinsli balıq və 1ədəd kater mühərriki aşkar edilib.Faktla bağlı araşdırma aparılır.

Elvin Dəmirli // ATV.az