“AFEN Plaza” biznes mərkəzində yanğın 40 nəfər təxliyə edildi

Baxış sayı: 152

Paytaxtın Nərimanov rayonunda yerləşən “AFEN Plaza” biznes mərkəzində yanğın baş verib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadaları cəlb olunub.Biznes mərkəzində baş vermiş yanğın dam örtüyündə 300 kvadratmetr ərazini əhatə edib. Yanğınla bağlı ilkin məlumat 12:07 –də daxil olub. Bundan sonra dərhal hadisə yerinə Nərimanov Rayon Dövlət Yanğından Mühafizə Hissəsi göndərilib.Yanğının mürəkkəbliyi nəzərə alınaraq, hadisə yerinə əlavə texnika və canlı qüvvə cəlb edilib.Bu sözləri FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin  rəis müavini Rza Xudiyev deyib.O əlavə edib  ki, yanğın zamanı binanın 6-cı mərtəbəsində 40-a yaxın işçi olub və onlar dərhal təxliyə edilib.Yanğın şəxsi heyətin səyi nəticəsində 50 dəqiqə ərzində tamamilə söndürülüb.Yanğın zamanı heç kəs xəsarət almayıb. Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.

NÜBAR NİYAZİQIZI//ATV.az