Gürcüstanda azərbaycanlı “oğru” tutuldu Özünü böyük “oğru” ailəsinin üzvü kimi təqdim etdi

Baxış sayı: 3336

Gürcüstanda qəsb etmə yolu ilə vətəndaşlardan pul tələb edən azərbaycanlı həbs edilib. 

ATV.az "Novosti-Qruziya"ya istinadən bildirir ki, özünü gəncə şəhərindən olan “Malış krıtnıy” kimi təqdim edən şəxs xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən tututlub. Elçin adlı azərbaycanlının həbs olunarkən yanında Gürcüstan vətəndaşı da olub. Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib ki, əməliyyat paytaxt Tbilisinin Didube rayonunda keçirilib. Saxlanılan şəxs eyni zamanda  narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunur. Özünü böyük “oğru” ailəsinin üzvü kimi təqdim edən şəxsin Didube rayonunda yerləşən şirkətlərdən birində çalışdığı bildirilir. O, müvəqqəti saxlanma təcridxanasına yerləşdirilib. Gürcüstan Daxili İşlər Nazirliyinin əməliyyat çəkilişini təqdim edirik.

Rövşən Əliyev/ ATV.az