19 yaşlı gənc sevdiyi qızla mübahisədən sonra özünü 7-ci mərtəbədən atdı Rusiyada dəhşətli anlar

Baxış sayı: 247

Rusiyada 19 yaşlı gənc sevgilisiylə mübahisədən sonra yaşadığı binanın 7-ci mərtəbəsindəki pəncərədən özünü atmağa çalışıb. O pəncərədən sallanandan sonra sevgilisi gəncin əllərindən tutaraq intiharın qarşısını almağa çalışıb. Onun yalvarışlarından sonra 19 yaşlı gənc fikrini dəyişsə də canını qurtarmağa müvəffəq ola bilməyib. Pəncərəyə qalxmağa çalışan gənc nə qədər səy göstərsə də yuxarı qalxa bilməyib. Onun sevgilisinin cəhdləri də bir nəticə verməyib. Sonda qollarında gücü tükənən oğlan özünü aşağı buraxmaq məcburiyyətində qalıb. Sürətlə yerə çırpılan gəncin həyatını xilas etmək mümkün olmayıb.

Fuad Əliyev/ATV.az