80 yaşlı qoca dəhşətli qəzaya səbəb oldu

Baxış sayı: 114

Rusiyada Tatarıstanda sükan arxasına keçən 80 yaşlı qoca yolda dəhşətli qəza törədib. O yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq idarə etdiyi Vaz 2111 markalı avtomobillə yük maşınının yoluna çıxıb. Nəticədə KAMAZ markalı yük avtomobili ilə toqquşma qaçınılmaz olub. O da öz növbəsində qarşıdan gələn digər yük maşını ilə toqquşub. Hadisə nəticəsində 80 yaşlı qoca elə oradaca dünyasını dəyişib. Onun cəsədini əzilmiş maşından çıxartmaq çox böyük çətinlik hesabına başa gəlib. Yük avtomobillərinin sürücüləri isə xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyəti ağırdır.

Fuad Əliyev/ATV.az