Bakının məşhur plazasında atışma Ölən var / YENİLƏNİB

Baxış sayı: 8116

Bakı şəhərindəki “Demirchi Tower” biznes mərkəzində öldürülən şəxsin kimliyi açıqlanıb.

İraqın Azərbaycandakı səfirliyindən ATV.az-a verilən məlumata görə sözügedən şəxs səfirliyin əməkdaşı Nemət Ağalının qardaşı, 1993-cü il təvəllüdlü Bakı şəhər sakini Ağalı Əli Valid oğludur. O, “Vinçester” tüfəngindən açılan atəşlə öldürülüb. 

Qətli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Bəşirov Elşən Rəfayət oğlu saxlanılıb. 

14:11

Bakı şəhərindəki “Demirchi Tower” biznes mərkəzində, İraq Hava Yollarının ofisində silahlı insident baş verib.

ATV.az xəbər verir ki, insident nəticəsində 1993-cü il təvəllüdlü Bakı şəhər sakini Ağalı Əli Valid oğlu qətlə yetirilib.