Avtomobil 12 yaşlı uşağı vurdu Şirvan

Baxış sayı: 178

Şirvanda avtomobil 12 yaşlı uşağı vurub.

ATV-nin Şirvan bürosundakı əməkdaşı Əli İbrahimovun məlumatına görə, hadisə Şirvan şəhəri H.Əliyev prospektində baş verib. Şirvan sakini idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən 2005-ci il təvəllüdlü Səttarov Rəsul Elşad oğlunu vurub. Ağır xəsarət alan azyaşlı kəllə-beyin travması ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib.

Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.

Günay Məryəm / ATV.az