Qaz xəttində güclü partlayış SON MƏLUMAT

Baxış sayı: 496

Səhər saatlarında Qaradağ rayonu Səngəçal qəsəbəsinin ərazisindən keçən iki qaz xəttində güclü partlayış baş verib. Partlayışdan sonra hündürlüyü 10 metrə çatan yanğın başlayıb. Partlayış “Massiv 3” yaşayış sahəsinin yaxınlığında baş verib və burda yaşayan 150-yə yaxın ailənin təhlükəsizliyinin təmin edilməsi məqsədiylə onlar ərazidən təxliyyə olunub.

ATV.az xəbər verir ki, partlayışdan sonra Abşeron yarımadasının qazla təchizatında müəyyən məhdudiyyətlər yaranıb. Yaxınlıqda yerləşən bəzi evlərə ziyan dəyib.

SOCAR-dan verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyi və ''Azərenerji'' Açıq Səhmdar Cəmiyyətinin (ASC) mütəxəssislərinin birgə səyləri və görülən tədbirlər nəticəsində 1000 mm-lik magistral qaz kəmərində baş verən yanğın söndürülüb. Qəza baş verən xətdə təmir bərpa işlərinə başlanılıb, Abşeron yarımadasına qazın verilməsi alternativ qaz xətti ilə bərpa olunub. Qəzanın səbəbləri araşdırlır.

Daha ətraflı videodan izləyin:

“ATV Xəbər”