Ceyranlara qənim kəsilən daha 2 nəfər saxlanıldı

Baxış sayı: 525

Çox cəlddir və böyük sürətlə - saatda 55–62 km qaça bilir. Azərbaycanda nəsli kəsilmək üzrədir. Söhbət ceyranlardan gedir. Sürətli qaçmasına baxmayaraq, qanunsuz ovla məşğul olanların əlindən qaça bilməyib. Sağ tutublar. Tuta bilmədiklərini isə güllə ilə vurublar.

Şirvan Milli Parkından ceyranları oğurlayanlar 5 nəfər olub. Onlardan 3-ü elə parkın öz işçiləridir. Gözətçilər Səyyar Nəcəfov, İntiqam Ağasıyev və İslam Rzayevdən şübhələnilib. Onlardan birinin evindən qanusuz olaraq əldə etdiyi 1 ədəd 16 çaplı qoşalülə ov tüfəngi aşkar edilib.

Bu gün isə Həsənli kənd sakinləri, ata və oğul - Seyfəli Süleymanov və Şaiq Süleymanovun həyətinə baxış keçirilib. İki baş diri ceyran, 3 ədəd ov tüfəngi aşkarlanıb.

Daha ətraflı videodan izləyin:

“ATV Xəbər”