Reyd keçirildi 351 kq at əti aşkarlandı

Baxış sayı: 608

Yevlaxın Aşağı Bucaq kənd sakini Telman Rəsulovun yaşadığı fərdi evin həyətindən istifadəyə yararsız iribuynuzlu heyvan əti tapılıb.

ATV.az xəbər verir ki, həmin kəndin digər sakini Nizami Kərimovun həyətindən isə 351 kiloqram  at əti aşkarlanıb. Həm mal, həm də at ətindən götürülən nümunələr respublika baytarlıq laboratoriyasına göndərilib. Müayinənin nəticələrindən məlum olub ki, ət istifadəyə yararsızdır. Aşkarlanan yararsız ət elə Yevlax rayonu ərazisində Dövlət Baytarlıq Nəzarəti Xidməti nümayəndələrinin iştirakı ilə torpağa basdırılıb.

Bərdə rayon sakini Əli Məmmədovun həyətindən isə 6 baş atın dərisi, ayaqları, skeleti və dölü aşkarlanıb.