“Güclü külək var Davud, özünüzdən muğayət olun!"

Baxış sayı: 2077

“Güclü külək var Davud, özünüzdən muğayət olun”.

ATV.az xəbər verir ki, bu sözlər Xəzərdə baş verən faciə zamanı dünyasını dəyişən İlham Qafarovun qonşu platformada işləyən qardaşına dediyi son sözlərdi. Bundan sonra səhər saatlarında qardaşı İlhamın olduğu platformanın işığının söndüyünü görən Davud, hadisə barədə xəbəri digər platformada olan həmkarlarından alıb.

Qardaşından başqa atasının da dənizçi olduğunu deyən Davud Qafarov, həmin gün güclü küləyin olduğunu, işi dayandırmaq barədə tapşırıq verildiyini də xatırlayır

Qeyd edək ki, İlham Qafarov bu gün yaşadığı Hacıqabul rayonunda torpağa tapşırılıb.

Daha ətraflı videodan izləyin:

Oral Mədənçi / ATV.az