Dənizdə baş vermiş qəza ilə bağlı SON MƏLUMAT

Baxış sayı: 1070

Xəbər verdiyimiz kimi, səhər saat 5 radələrində  “Azneft” İstehsalat Birliyinin Nəriman Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin 1-ci mədənində faciə baş verib. Belə ki, gecədən əsən güclü külək nəticəsində  Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yıığım Məntəqəsinin sag və sol hissəsində yerləşən estakadanın 150 metrlik hissəsi dənizə uçub. Hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 əməkdaşı,eləcə də yaşayış budkasında olan digər 5 nəfər neftçi itkin düşüb.

Baş vermiş hadisə ilə əlaqədar Azneft İstehsalat Birliyində qərargah yaradılıb. Qərargahda olan əməkdaşımız Elvin Dəmirli son məlumatları çatdırır.