Onlar "qara bazar"da dollar satarkən yaxalandı

Baxış sayı: 418

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları qanunsuz valyuta mübadiləsi aparan şəxsləri yaxalayıb.

ATV.az xəbər verir ki, Xətai rayonunda baş tutan əməliyyat zamanı kafelərdən birində Masallı rayon sakini Elnur Əkbərov, paytaxt sakinləri Fərhad Məhərrəmov və Vüsal Mikayılov 52 min ABŞ dollarını, 96 min 200 manata satan zaman saxlanılıblar. Onların üzərlərinə baxış zamanı əlavə olaraq, 13 min 920 ABŞ dolları da aşkar olunub.

Digər Əməliyyat isə Sumqayıtda keçirilib. Ticarət mərkəzlərindən birinin ərazisində qanunsuz olaraq valyuta dəyişən 5 nəfər saxlanılıb.