Bakıda zibilliyə atılmış körpəni tapan xadimə qadın "Torbada, qan içində idi..."

Baxış sayı: 4044

Xəbər verdiyimiz kimi, Bakıda yeni doğulmuş körpə zibilliyə atılıb.

ATV.az xəbər verir ki, 66 yaşlı Nübar Hacıyeva 2 gün əvvəl zibillikdən tapdığı uşaq haqda danışıb. O bildirib ki, əvvəlcə elə bilib heyvan səsidir, amma yaxınlaşanda başqa mənzərə ilə üzləşib. Polieteln torbada uşaq  olduğunu görüb.

“Uşaq burda idi, yeşiyin dibində. Nə vəziyyətdə idi?! Torbanın içində, göbəyi kəsilməmişdi. Qan içində idi. Heç ağlıma da gəlməzdi ki, belə şey olar. Allah üzünə baxıb. Üstünə ağır şeylər atılsaydı yaşamazdı. Demək ki, qismətində yaşamaq var imiş. Onun dırnağı üçün illərlə arzu edən ana-atalar var!”.

Yasamal rayonu 60 saylı Mənzil İstismar Sahəsində xadimə işləyən Nübar Hacıyeva qonşuların köməyi ilə balaca qızcığazı dərhal  polisə, polis isə öz növbəsində Elmi-Tədqiqat Pediatriya İnstitutuna təhvil verib. Uşağın vəziyyətinə  gəlincə...

Daha ətraflı videodan izləyin:

“ATV Xəbər”