Azərbaycandan əmlak alan əcnəbilər...

Baxış sayı: 148

Bu il Azərbaycanda mənzil alan xarici ölkə vətəndaşlarının sayı ötən ilə nisbətən az olub. Əgər 2015-ci ildə 4742 əmlak əcnəbilər tərəfindən alınmışdısa, bu il cəmi 3704 əmlak xarici ölkə vətəndaşına satılıb. Bu daşınmaz əmlakın 958-i Bakının, 2746-sı isə bölgələrin payına düşür.

Əmlakçılar deyir ki, əvvəllər xarici ölkə vətəndaşları mənzil almağa üstünlük verirdisə, indi bu istəklərin sırasına restoran, otel kimi daşınmaz əmlaklar da daxildir.

Bu il ərəb ölkələrindən Azərbaycana turistlərin çox gəlməsi, ərəb iş adamlarının bizneslərini genişləndirməyə həvəsləndirib. 

Daha ətraflı videodan izləyin:

"ATV Xəbər"