Bayram yarmarkaları Satışa 800 tondan artıq məhsul çıxarılacaq

Baxış sayı: 312

Kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkasında  alıcılıq qabilyyəti artıb.

ATV.az xəbər verir ki, 40-45 kənd rayonlarının fermerləri istehsal etdikləri məhsulları yarmarkalara çıxarıb. Mövsümlə bağlı yarmarkalarda sitrus və qərzəkli meyvələr daha çox üstünlük təşkil edir.  Yarmarkalardakı qiymət dəyişkənliyi isə məhsulun irili və xırdalığına görə dəyişir.

Bayrama saylı günlər qaldığından yarmarkalara tərəvəz məhsulları, quş əti, eləcə də meyvlər daha çox gətrilir. Paytaxtın 5 rayon ərazisində, sumqayıtda isə 2 ərazidə bu yarmarklara  çıxarılan məhsulların həcmi demək olar ki,  ümumilikdə 700  tona yaxındır.  Gələn həftədən etibarən yarmarkaya çıxarılacaq məhsulların çeşidi bir qədər də artacaq.  Əlavə olaraq bayram yarmarkalrı da  təşkil olunacaq ki, paytaxt sakinləri bazar qiymətindən bir qədər aşağı məhsul ala bilsin.