Ağaxan Abdullayevin oğlu atasına mahnı həsr etdi

Baxış sayı: 89

Ötən ilin dekabr ayında dünyasını dəyişən xalq artisti, muğam ustası Ağaxan Abdullayevin oğlu atasına mahnı həsr edib.

ATV.az "prime-time"-a istinadən xəbər verir ki, Hikmət Abdullayev bəstəkar Elçin İmanova aid olan musiqini yeni aranjimanda ifa edib.

10 ildir kamançada ifa edən H.Abdullayev, uşaqlıqdan atasına bağlı olduğunu, ustad xanəndə vəfat etdikdən sonra ona mahnılar həsr etməklə təsəlli tapdığını bildirib.

Qeyd edək ki, Hikmət Abdullayev Bülbül adına orta ixtisas məktəbini bitirib. Hazırda  Milli Konservatoriyada təhsil alan xalq artistinin kiçik oğlu, eyni zamanda atasından ifaçılıq sənətini də öyrənib.

ATV.az