Üzeyir bu dəfə Gürcüstan şousunda

Baxış sayı: 120

Sirk aktyoru, “America’s Got Talent” yarışmasının finalçısı Üzeyir Novruzov bu dəfə “Georgia Got Talent” müsabiqəsinə qatılıb.
 
ATV.az axşam.az-a istinadən xəbər verir ki, ABŞ-da azərbaycanlı Çarli Çaplin kimi tanınan Üzeyir tamaşaçıları gürcü dilində salamladıqdan sonra şousunu nümayiş etdirib. Ü.Novruzov akrobatik hərəkətləri ilə həm münsifləri, həm də tamaşaçıları təəccübləndirə bilib. Münsiflərin dördündən də müsbət qiymət alan Üzeyir növbəti tura keçib.
 
O, qərardan öncə qafqazlı qanı daşıdığını və əslən azərbaycanlı olduğunu da bildirib. 

Xatırladaq ki, Ü.Novruzov ABŞ-da təhlükəli səhnələrin nümayişi ilə yadda qalmışdı. 

ATV.az