"ATV Kitab"dan növbəti nəşr Modern İran şeiri təqdim edildi

Baxış sayı: 78

ATV Kitab” seriyasından növbəti 16-cı nəşr -  “ “Dostun evi hardadır?- Modern İran şeiri” antologiyası işıq üzü gördü. “Parlaq imzalar” nəşriyyatı ilə  birgə nəşr olunan seriyanın dünya xalqları ədəbiyyatları bölümü Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi ilə birgə gerçəkləşdirilir. Antologiyaya XX yüz il İran farsdilli poeziyasının müxtəlif ədəbi nəsillərini əhatə edən 30- dan artıq nümayəndəsinin 200-dən artıq şeiri və bir poema daxil  edilib.  Nəşrin tərticçisi və redaktoru şair Səlim Babullaoğlu, məsləhətçisi  Məsiağa Məhəmmədidir. Antologiyaya daxil edilən şeirləri fars dilindən  Məsiağa  Məhəmmədi, Ariz Tarverdiyev, Məhəmməd Nuri və Əli Qərəcəlu tərcümə ediblər. Kitabın nəşrinə İran səfirliyinin Mədəniyyət Mərkəzi dsətək verib. Kitab üzərində Toğrul Musayev (nəşriyyat   redaktoru), İsmayıl Süleymanlı (bədii texniki tərtibat), Azər Əsgərzadə (üz qabığı) və Lətafət Səmədova (korrektor) da çalışıblar.

Nima Yuşic, Jalə İsfahani, Əhməd Şamlu , Firidun Müşiri , Məftun Əmini , Huşəng İbtihac Sayə, Simin Behbəhani , Bican Cəlali,Söhrab Sipehri , Mehdi Əxəvani-Salis , Nüsrət Rəhmani, Mənuçöhr Atəşi, Yədullah Röyayi , Füruğ Fərruxzad , Rza Bərahəni , Abbas Kiyarüstəmi, Huşəng Çələngi , Xosrov Gülsürxi , Şəms Ləngərudi , Məhəmməd Rza Əbdülməlikiyan , Qeysər Əminpur, Əhməd Necati , Mustafa Məstur, Məzahir Şəhamət , Şəhram Şeydayi, Rəsul Yunan, Kamran Rəsulzadə, Həmid İbrahimpur , Gülarə Cəmşidi, Gorus Əbdülməlikiyan və  Roca Çəmənkarın şeirlərinin toplandığı  antologiyanın nəşrinə  İran Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzi dəstək verib.

Qeyd edək ki, kitabı şəhərin əksər kitab dükanlarından əldə etmək olar. Eyni zamanda internet üzərindən www.parlaqimzalar.az saytından və 055 259 72 59 telefon nömrəsi ilə də sifariş eləmək olar.  

ATV.az