Quba sakini 16 ədəd gümüş sikkə aşkarladı

Baxış sayı: 797

Həyətində qazıntı işləri aparan Quba sakini ərazidən 16 ədəd gümüş sikkə tapıb.

ATV.az xəbər verir ki, rayonun Ərdəbil küçəsində yaşayan Elnur Zeynalovun tapdığı sikkələrin iki əsr öncəyə aid olduğu ehtimal edilir.

Sikkələri muzeyə verməyi planlaşdıran Elnur deyir ki, həyətdə arxeloji qazıntı aparılarsa daha çox qədim əşya aşkarlanar.

Həyətdən tapılan pullara baxış keçirən tarixçi Anar Murtuzovun sözlərinə görə, gümüş sikkələr təxminən iki əsr əvvələ, Fətəli xanın dövrünə aiddir.

Pulların tapıldığı ərazi Quba şəhərinin mərkəzində yerləşdiyindən, qədim dövrdə həmin ərazidə karvansaray olduğu ehtimal olunur.

Daha ətraflı videodan izləyin:

“ATV Xəbər”