Səyyarə Məmmədyarova - 90 Pedaqoq yad edildi

Baxış sayı: 444

Səyyarə Məmmədyarova 63 illik qısa ömrünün 44 ilini gənc musiqiçilərin yetişməsinə həsr edib. O, onlarla şagirdə pianonun sirlərini  öyrədib.

Zərifə Məmmədova (Qızı): “Səyyarə xanım bu məktəblə yaşayırdı, bu məktəbin ab-havası onun üçün çox vacib idi. Səyyarə xanımın ölümündən 26 il keçib. Amma bu vaxta kimi onun izi çoxunun ürəyindədir”.

Şahnaz İbrahimova (Müəllimə): “Səyyarə xanımın sinfində təhsil almışam, 11 il. Biz onu yalnız müəllim kimi yox, həm də qayğıkeş insan kimi xatırlayırıq.  00:32 Çalışmışıq ki, onun qoyduğu cığırlarla gedək və onun öyrətdiklərini  biz də öz şagirdlərimizə öyrədək”.

Daha sonra Teymur Göyçayevin bədii rəhbəri olduğu Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin orkestri, həmçinin məktəbin şagirdləri çıxış etdilər.

Qeyd edək ki, Səyyarə Məmmədyarova  1926-cı ildə ziyalı ailəsində dünyaya gəlib. O, ilk musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyasının nəzdində 10 illik məktəbə çevrilmiş “İstedadlı uşaqlar” qrupunda alıb. Məktəbi fərqlənmə ilə bitirən Səyyarə Məmmədyarova 1944-cü ildə Konservatoriyaya daxil olub. Azәrbaycanın ilkpianoçu-pedaqoqu Kövkəb Səfərəliyevadan dərs alıb. O, 1946-cı ildən ömrünün son gününə qədər Bülbül adına Orta İxtisas Məktəbində çalışıb. 1990-cı ildə dünyasını dəyişib.

Xəyalə Məmmədova / “ATV Xəbər”