“İrəvan – gizlədilmiş həqiqətlər” Sənədli filmin təqdimatı olub

Baxış sayı: 387

“İrəvan - gizlədilmiş həqiqətlər” sənədli filminin təqdimatı olub.

ATV.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzi tərəfindən istehsal olunan film İrəvan şəhərinin Azərbaycan türklərinə məxsus olması və bu həqiqətin ermənilər tərəfindən uzun illərdir ki, gizlədilməyə çalışması haqqındadır. Film İrəvan şəhərinin salınmasından, şəhərdə türk – müsəlman hakimiyyətindən, İrəvanın Çar Rusiyası tərəfindən işğalından və demoqrafik vəziyyətdən, İrəvanda azərbaycanlıların mədəni irsinin məhv edilməsindən və oradan köçürülməsindən, İrəvanda Azərbaycan mədəni irsi haqqında tarixi faktlardan və təsvirlərdən bəhs edir.

Filmin hazırlanmasında Milli Elmlər Akademiyasının Tarix İnstitutu ilə əməkdaşlıq edilib.